...

Rusiya Avropda Adi Silahlara dair Müqaviləyə qayıtmaq üçün bir aralıq saxlayır – rusiyalı ekspert

Siyasət Materials 1 Dekabr 2007 13:44 (UTC +04:00)
Rusiya Avropda Adi Silahlara dair Müqaviləyə qayıtmaq üçün bir aralıq saxlayır – rusiyalı ekspert

Rusiya, Moskva/ " , müxbir R.Ağayev/ Rusiya Avropda Adi Silahlara dair Müqavilədən tamamilə çıxmır, yalnız bu müqavilədə iştirakını dayandırır. Rusiyalı politoloq, Siyasi və Hərbi analiz İnstitutunun Millətlərarası Münasibətlər şöbəsinin müdiri Serqey Markedonov hesab edir ki, bunula Rusiya Müqaviləyə qayıtmaq üçün bir aralıq saxlayır. Vladimir Putin Rusiyanın Avropada Adi Silahlara dair Müqavilədə iştirakına moratorium tətbiq edilməsini təsdiqləyib. Qanun 2007 - ci il noyabrın 7 - də Dövlət Duması tərəfindən qəbul edilib və noyabrın 16 - da Federasiya Şurası tərəfindən təsdiqlənib. Rusiya, sənədi imzalayan NATO ölkələrinin onu yerinə yetrimədikərinə əsaslanaraq, Avropda Adi Silahlara dair Müqavilənin yerinə yetirilməsinə moratorium tətbiq edib. Müqavilə Avropada adi silahların sayına məhdudiyyət qoyur. Moratorium bu il, dekabrın 12 - dən 13 - nə keçən gecə qüvvəyə minir. Şənbə günü Markedonov Trend - ə, müəyyən siyasi və geosiyasi vəziyyətlərdə danışıqlara və hansısa parametrlərin müzakirəsinə qayıtmağın mümkünlüyü variantının olduğunu bildirib. "Bu, əlbəttə, ümidvericidir. Belə ki, Avropda Adi Silahlara dair Müqavilə silahların məhdudiyyəti üzrə müəyyən kvotlar qoyur. Bu hamının - Qərb və Rusiyanın qaydalarından narazı olduğu oyuna bənzəyir. Lakin bu, hansısa məhdudiyyətsiz səviyyədə oynamağa imkan verməyən oyun qaydalarıdır" - Markedonov bildirib. Politoloqun fikrincə, əgər Rusiya Avropda Adi Silahlara dair Müqavilədən tamamilə çıxsa, hər hansı qaydalar olmayacaq və bu, Qərbin silahların sayını asanlıqla artırmasına gətirib çıxaracaq. "Kimin pulu çoxdur - NATO ölkələrinin ya Rusiyanın? Əlbəttə, Qərbin pulu daha çoxdur. Əgər Qərbdə insanlar müəyyən dərəcədə sadəlövh olmasaydılar, ola bilsin ki, Moskvanın hədiyyəsindən istifadə edərdilər. Daha doğrusu, silahlarının sayını artırmaq üçün ölkəmizi Avropda Adi Silahlara dair Müqavilədən tam çıxarardılar" - Markedonov güman edir. O əmindir ki, Rusiya bu Müqavilədə iştirak etməli və hansısa konkret formatları müzakirə etməlidir. " Bizi ABŞ Hərbi Qüvvələrinin Bolqarıstan və Rumıniyada yerləşdirilməsi narahat edir. Gəlin, bunun nə dərəcədə Müqavilə çərçivəsində olub - olmadığını müzakirəyə qoyaq. Lakin Avropda Adi Silahlara dair Müqavilədən tam çıxmaq, təşəbbüsü Qərbin əlinə vermək deməkdir. Belə ki, elementar maliyyə - iqtisadi mülahizələrə görə, biz hansısa paritetə nail ola bilməyəcəyik"- politoloq hesab edir. Onun sözlərinə görə, rusiyalı generallar ABŞ - la hər hansı partitetdən danışanda unutmamalıdırlar ki, bu paritet sovet nümunəli komanda - administrasiya iqtisadiyyatı şəraitində mümkün olub. Onun sözlərinə görə, bu gün belə iqtisadiyyat üçün zəmin yoxdur və nə istehlakçı cəmiyyət standartlarında yaşayan xalq, nə də elita buna hazır deyil. "Rusiyalı elita, insanların hansısa nostalji hisslərini sınağa çəkməklə və istismar etməklə, daxili piar üçün nə isə edə bilər. Reallıqda, sovet nümunəsində çevik iqtisadi model yaratmaq mümkün deyil və buna görə də, paritet və ya Amerikaya çataraq onu keçmək arzusu ritorikadan başqa bir şey deyil"- Markedonov güman edir. Rusiyalı politoloq əmindir ki, Avropda Adi Silahlara dair Müqavilə məsələlərində ritorika və ölkənin real maraqlarını ayırmaq lazımdır. "Mən, hər halda, bizim hərbçilərin, diplomatların və siyasi rəhbərliyin düşüncələrinin rasionallığına və Rusiya milli eqoizm maraqlarının hansısa seçkiqabağı məqsədlər üçün ritorikadan daha üstün olacağına ümid edirəm" politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti