...

Azərbaycan Parlamentinin deputatları İrana gedəcəklər

Siyasət Materials 4 Dekabr 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin deputatları dekabrın ortalarında İrana səfər edəcəklər. Bu barədə çərşənbə axşamı Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi qrupun üzvü, Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib.

İbrahimovun sözlərinə görə, səfərdə məqsəd Azərbaycanla İran parlamentləri arasında əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etməkdir. İşçi qrupun üzvü qeyd edib ki, səfərin dekabrın 15-dək həyata keçirilməsi planlaşdırılır. Hazırda tarix dəqiqləşdirilir. Səfər İran İslam Şurası Məclisinin (parlament) sədri Qulamrza Həddad Adilin dəvəti ilə həyata keçirilir.

"İranda keçirəcəyimiz görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi məsələlərini, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik" - deyə millət vəkili əlavə edib.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi qrupa Vasif Talıbov - qrupun rəhbəri, Şəmsəddin Hacıyev , Pənah Hüseyn , Eldar İbrahimov , Madər Musayev Sabir Rüstəmxanlı daxildir.

Xəbər lenti

Xəbər lenti