...

"Azərbaycan Yolu" Siyasi Hərəkatı mitinqini təxirə salıb

Siyasət Materials 7 Dekabr 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ "Azərbaycan Yolu" Siyasi Hərəkatı planlaşdırdığı mitinqi təxirə salıb. Hərəkatdan cümə günü Trend ə daxil olan məlumatda bildirilib ki, mitinqin təxirə salınmasında məqsəd Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin keçirilməsi üçün "Ukrayna" meydanı deyil, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunu göstərməsi olub.

"Azərbaycan Yolu" Siyasi Hərəkatı dekabrın 9-da Türkiyənin terrorçu PKK təşkilatına qarşı hərbi əməliyyatların keçirilməsinə dəstək mitinqi keçirilməsini planlaşdırırdı. Təşkilat mitinqə icazənin verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH ) müraciət edib.

Qurum hesab edir ki, BŞİH-nin qərarı Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq hüququnu pozur.

Xəbər lenti

Xəbər lenti