...

GUAM ölkələri Baş Assambleyanın "dondurulmuş münaqişələr"ə dair qətnamə layihəsini BMT-yə təqdim edib

Siyasət Materials 8 Dekabr 2007 11:37 (UTC +04:00)
GUAM ölkələri Baş Assambleyanın "dondurulmuş münaqişələr"ə dair qətnamə layihəsini BMT-yə təqdim edib

GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) Baş Assambleyanın "dondurulmuş münaqişələr"ə dair qətnamə layihəsini BMT-yə təqdim edib.

"Dördlük" millətləri Sovet dönəmindən (Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanın Abxaziya və Çxenvali regionları və Moldovada Pridnestrovya) etnik qrupların separatçı əhval-ruhiyyəsinin qaldığı dövlətlərinin ərazi bütövlüyünü təsdiq etməyə çağırır.

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna qətnamə layihəsində bildirirlər ki, toxunulan münaqişələr sülhü və regionda stabilliyi təhdid etməkdə davam edir. Onlar dövlətləri və beynəlxalq təşkilatları GUAM məkanında münaqişələrin nizamlanması prosesinə yardım etməyə çağırıb.

GUAM ölkələri həmçinin etnik münaqişələr zonasından qaçqın düşən insanların hüquqları, onların geri dönməsi və yaşaması üçün təhlükəsizliklərinə zəmanət verilməsi, həmçinin bu ərazilərdə etnik qrupların hüquq və azadlığı barədə xatırladıblar.

Sənəd layihəsi həmçinin 63-cü sessiyanın gündəliyinə "GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq aləm, təhlükəsizlik və inkişaf üçün nəticələri" başlıqlı bəndin daxil edilməsini qərara alır.

Xəbər lenti

Xəbər lenti