...

"Loğman" Tibb Məktəbinin qanunsuz tələbə qəbulu ilə bağlı cinayət işi başlanıb

Siyasət Materials 10 Dekabr 2007 14:36 (UTC +04:00)
"Loğman" Tibb Məktəbinin qanunsuz tələbə qəbulu ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ "Loğman" Tibb Məktəbinin qanunsuz tələbə qəbulu aparması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə bazar ertəsi Trend ə eksklüziv açıqlamasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. Əliyev bildirib ki, Təhsil Nazirliyinin müraciəti əsasında faktla bağlı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə cinayət işi açılıb.

Təhsil Nazirliyinin qərarı ilə tibb sahəsində özəl ali məktəblərə tələbə qəbulu qadağan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həmin qərara uyğun olaraq 2007-2008-ci illər üçün həmin ali məktəbə tələbə qəbulu həyata keçirməyib.

İdarə rəisi bildirib ki, ilkin məlumatlara görə, "Loğman" Tibb Məktəbi bu tədris ili üçün birinci kursa 450 tələbə qəbulu həyata keçirib.

Əliyev faktla bağlı saxlanılan olmadığını, istintaqın nəticəsindən asılı olaraq təqsirləndirilən şəxslərin dairəsinin müəyyənləşdiriləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti