...

Ukrayna parlamentində GUAM-ın inkişafı ilə bağlı fraksiyalararası birliyin yaradılması planlaşdırılır

Siyasət Materials 10 Dekabr 2007 22:37 (UTC +04:00)
Ukrayna parlamentində GUAM-ın inkişafı ilə bağlı fraksiyalararası birliyin yaradılması planlaşdırılır

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitskiy/ Ukrayna Ali Radasının deputatı, "GUAM-ın inkişafı Beynəlxalq fond" ictimai təşkilatının prezidenti Anatoli Matviyenko Trend ə müsahibəsində bəyan edib ki, Ukrayna parlamentində GUAM-ın inkişafı ilə bağlı fraksiyalararası birliyin yaradılması təşəbbüsü ilə çıxış etmək niyyətindədir.

Ukrayna bu vaxtadək "Demokratiya və iqtisadi əməkdaşlıq uğrunda təşkilat-GUAM"-ın nizamnaməsini ratifikasiya etməyib. Bu sənədin qəbulu məsələsi Ali Radada çoxluq təşkil edən Yuliya Timoşenko Bloku və "Bizim Ukrayna-Xalq Özünümüdafiə" fraksiyaları arasındakı koalisiya anlaşmasının bəndlərindən biridir.

"Belə bir təsisatın yaradılmasında məqsəd GUAM kimi instituta qanunvericilik səviyyəsində dəstək verməkdir" - deyə Matviyenko vurğulayıb.

Deputatın fikrincə, bu istiqamətdə real iş parlamentdəki vəziyyətin sabitləşməsindən sonra, yəni Rada və hökumət rəhbərliyinin seçilməsindən sonra başlayacaq.

"GUAM-ın inkişafı Beynəlxalq fond" 2007-ci ilin sentyabrında yaradılıb.

Xəbər lenti

Xəbər lenti