...

İki prokuror prokurorluq orqanlarından xaric edilib

Siyasət Materials 12 Dekabr 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Baş prokurorun əmri ilə iki prokurorluq işçisi prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluqan çərşənbə günü Trend ə verilən məlumata görə, Rza Əhmədov və Elmira Mirzəzadə əmək intizamını pozduqları üçün orqanlardan çıxarılıblar.

Əhmədov Baş Prokurorluqa Dövlət İttihamının Müdafiəsi İdarəsinin rəisi işləyib. Bu vəzifədən azad olunandan sonra Nərimanov rayon prokurorunun köməkçisi təyin olunub.

Mirzəzadə isə Baş Prokurorluqa Mülki İşlər ürə İdarənin rəisi işləyib. Bu vəzifədən azad olunandan sonra Suraxanı rayon prokurorunun köməkçisi təyin olunub. Lakin onlar yeni vəzifələrini icra etməyiblər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Əhmədov və Mirzəzadə kommersiya fəaliyyəti ilə məşğul olduqarı üçün prokurorluq orqanlarından xaric olunublar.

Xəbər lenti

Xəbər lenti