...

Müxalifət hakim partiyanın namizədi ilə rəqabət aparmaq gücündə deyil-Azərbaycanın partiya sədri

Siyasət Materials 18 Dekabr 2007 14:38 (UTC +04:00)
Müxalifət hakim partiyanın namizədi ilə rəqabət aparmaq gücündə deyil-Azərbaycanın partiya sədri

Azərbaycan, Bakı / Trend müxbir Q.Cəbiyev/ Müxalifətdə olan Vəhdət Partiyası prezident seçkilərində indiki dövlət başçısı İlham Əliyevin alternativinin olmayacağını bəyan edib. "İlham Əliyev mütləq ikinci dəfə Azərbaycanın dövlət başçısı seçiləcək", çərşənbə axşamı Vəhdət Partiyasının sədri Tahir Kərimli Trend ə bildirib.

Azərbaycanda prezident seçkiləri gələn ilin oktyabrında keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası bu seçkilərdə İlham Əliyevin namizədliyini yenidən irəli sürəcəyini açıqlayıb. Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyalarının təmsil olunduğu müxalifətin "Azadlıq" Bloku isə seçki komissiyalarının tərkibi dəyişməyəcəyi halda seçkiləri boykot edəcəyini bildirir.

Kərimli deyib ki, hazırda müxalifət düşərgəsi İlham Əliyevə qarşı alternativ namizədləri, rəqabət qabiliyyətləri olmadığını anlayıb. Ona görə də seçkidə uduzacaqlarını qabaqcadan bilirlər. Beynəlxalq aləm də Azərbaycandakı vəziyyəti yaxşı bilir. Onun sözlərinə görə, müxalifət hakimiyyətdən uzaqlaşdırılmış məmurlarla əməkdaşlıq quraraq hakimiyyət daxilində ziddiyyət yaratmaq istəyir. "İqtidar monolitdir. Ona görə də hakimiyyət daxilində ziddiyyətlər axtarmaq yersizdir" Kərimli əlavə edib. Onun sözlərinə görə, müxalifət sosial bazasını 2005-ci il parlament seçkilərində itirdi.

Azərbaycanın Ali Məhkəməsinin keçmiş sədri, sabiq millət vəkili Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası 2006-cü ilə qədər müxalifət mövqeyində olub. Partiya hazırda iqtidarın siyasi kursunu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti