...

Mitinq Komitəsi Bakı İcra Hakimiyyətindən etriaz aksiyalarının keçirilməsi üçün yeni yer ayrılmasını tələb edir

Siyasət Materials 25 Dekabr 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir C.Babayeva/ Bu gün Azərbaycanın Söz Azadlığının Müdafiəsi üzrə Mitinq Komitəsi Bakının İcra Hakimiyyətinə etiraz aksiyalarırın keçirilməsi üçün yeni yer ayrılması tələbi ilə müraciət edib.

Bu barədə çərşənbə axşamı Bakıda komitənin sədri, "Azərbaycan naminə" İctimai Forumunun prezidenti Eldar Namazov mətbuat konfransında məlumat verib.

"Biz Bakının İcra Hakimiyyətindən 10 gün ərzində Bakıda mitinq keçirmək üçün yerin ayrılmasını tələb edirik"- deyə Namazov qeyd edib.

Altı ictimai təşkilat ("Azərbaycan naminə" Forumu, Azərbaycanın "Ziyalılar"" Birliyi, "Dalğa" Gənclər Hərəkatı, bir neçə hüquq müdafiəçisi və digər strukturlar) dekabrın 22-də Ukrayna meydanında insan haqlarının, söz azadlığının məhdudlaşdırılması və Azərbaycanda jurnalistlərin həbsinə etiraz olaraq mitinq keçirməyi planlaşdırıdı. Dekabrın 23-də "Neftçi" idman-sağlamlıq mərkəzinin "Bibi Heybət" stadionunda əhali ilə görüş keçirmək də planlaşdırılıb.

Bakı şəhərinin İcra Hakimiyyəti "Ukrayna" meydanında mitinqin və Bibi Heybət qəsəbəsində əhali ilə görüşün keçirilməsinə icazə verməyib. Paytaxtın İcra Hakimiyyəti etiraz aksiyasını dekabrın 22-də Bibi Heybət qəsəbəsində yerləşən stadionda keçirməyi təklif edib. İcra Hakimiyyəti icazə verməməsinin səbəbini göstərməyib. Bakı İH-nin mitinqlərin keçirilməsi üçün tərtib edilmiş ötən ilki siyahısında "Ukrayna" meydanı göstərilib.

Mitinq təşkilatçıları bildiriblər ki, aksiya stadionun kütləvi tədbirlərin keçirilməsi üçün yararsız olması səbəbindən təxirə salınıb.

Mitinq Komitəsinin sədri Namazov və "Ziyalılar" İctimai Birliyinin sədri Eldəniz Quliyev Qurban Bayramı münasibətilə yerli əhali ilə görüş keçirən zaman dekabrın 20-də yarım saat müddətinə polis tərəfindən saxlanılıb.

Bakı İH eləcə də dekabrın 8-də "Ukrayna" meydanında mitinqin keçirilməsinə icazə verməyib və əvəzində "Neftçi" idman-sağlamlıq mərkəzinin "Bibi Heybət" stadionunu təklif edib. Lakin təşkilatçılar yerin mitinq keçirmək üçün yararsız olması səbəbindən İH-yə təkrarən müraciət edib. Bununla əlaqəd olaraq Mitinq Komitəsi DİN-ə də müraciət edəcək.

Namazovun sözlərinə görə, İH-nin Mitinq Komitəsinin müraciətinə son cavabı göstərir ki, mitinqlərin yalnız "Bibi Heybət" stadionunda keçirilməsinə icazə verilir. Namazovun sözlərinə görə, qəsəbənin stadionunda çəkilən şəkillər beynəlxalq təşkilatların Bakıdakı nümayəndələrinə və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkelə təqdim olunub. "Herkel də orada mitinqin keçirilməsinin mümkün olmadığını bildirib" - deyə Namazov qeyd edib.

"Mitinq Komitəsi qarşıdakı bayram günlərində Bakının "sosial problemlər"in mövcud olduğu rayonlarında da öz tədbirlərini davam etdirəcək" - Namazov bildirib.

Komitə məhkəməyə də müraciət edəcək. Lazım gələrsə onlar məhkəmə araşdırmasını Avropa Məhkəməsində də davam etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti