...

Azərbaycan Parlamenti payız sessiyasında 132 qanun və qərar qəbul edib

Siyasət Materials 30 Dekabr 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti 2007-ci ilin payız sessiyasında 132 qanun və qərar qəbul edib. Bu barədə Milli Məclisin payız sessiyasının bazar günü keçirilən sonuncu iclasında birinci vitse-spiker Ziyəfət Əsgərov məlumat verib.

Əsgərov qeyd edib ki, qəbul edilən qanunlardan biri Konstitusiya qanunudur.

"Milli Məclis payız sessiyasında Konstitusiyada nəzərdə tutulmuş bütün səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan prezidentinin həyata keçirdiyi siyəsətə dəstək verib" - deyə Əsgərov əlavə edib.

O qeyd edib ki, payız sessiyası dövründə Parlamentin beynəlxalq əlaqələri də genişlənib, deputatlar beynəlxalq təşkilatlar səviyyəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər. Milli Məclis rəhbərliyi və deputatlar bir sıra ölkələrdə səfərlərdə olublar.

Xəbər lenti

Xəbər lenti