Azərbaycan , Bakı / Trend müxbir E.Hüseynov / Gürcüstanın Azərbaycandakı səfirliyində Gürcüstan vətəndaşları üçün təşkil olunmuş səsvermə zamanı seçicilərin əksəriyyəti Mixail Saakaşviliyə səs verib . " Səsverməyə qatılan 699 seçicidən 93 faiz öz səsini Mixail Saakaşviliyə verib " - deyə bazar günü Trend ə səfirliyin müşaviri Mamuka Balavadze bildirib .
Gürcüstanda növbədənkənar prezident seçkiləri yanvarın beşində baş tutub . Ekzit-polların nəticələrinə əsasən seçkilərdə Mixail Saakaşvili liderlik edir . Onun ardınca 28,3 faizlə Levan Qaçeçiladze gəlir . Gürcüstan MSK-sının günorta yaydığı xəbərə görə , Saakaşvili 57%, Qaçeçiladze isə 28 % səs yığıb .
Balavadzenin bildirdiyinə görə , Bakıda Qaçeçiladzenin namizədliyinə seçicilərin dörd faizi səs verib . Yerdə qalan üç faiz isə digər namizədləri üstün tutub .
Balavadze onu da əlavə edib ki , prezident seçkiləri ilə yanaşı seçicilər Gürcüstanın NATO-ya qəbuluna və parlament seçkilərinin 2008-ci ilin yaz yaxud da payızında keçirilməsinə dair münasibətlərini bildirməli idilər . Bakıda seçicilərin 94 faizi ölkənin NATO-ya qəbuluna və 51 faiz parlament seçkilərinin yazda keçirilməsinə səs veriblər . Balavadze qeyd edibki , səsvermə prosesi normal şəraitdə keçib .