Fransa, Paris, 23 yanvar / müxbir Trend A.Məhərrəmli/ AŞPA-nın Insan Haqları Komitəsi təkcə Azərbaycandan olan namizədlərin siyahısını yox, eləcə də San-Marino, Lüksemburq, Ukraynadan olan namizədlərin siyahısını da geri qaytarıb. Bu barədə Trend ə Avropa Insan Haqları Mehkəməsinin (AIHM) sedri Jan-Pol Kosta bildirib: "Alt-Komitə AŞPA-ya bunula bağlı məruzə ünvanlayıb. Bir müddət sonra sözügedən məruzə elan olunacaq".
Kosta hakimlərin seçimi ilə bağlı qeyd edib ki, çox yüksək keyfiyyətlərə məlik, insan haqları sahəsində geniş hüquqi təcrübəyə malik, Avropa Məhkəməsinin iki dilindən ən azı birini mükəmməl bilən namizəd olmalıdır. Alt-Komitə yüksək səviyyə standartlara cavab verən hüquqi ve lingvistik kvalifikasiyası olan hakimi tələb edir. Bəzi hallarda mümkündür ki, Alt-Komitə siyahını geri qaytarsın, çünki AŞPA təqdim olunan üç namizəddən heç birini seçmiş olmasın.
"Şəxsən, Alt-Komitənin və AŞPA-nın müstəqilliyinə və suverenliyinə tam hörmət edərək demək istəyirəm ki, çox tələbkarlıq göstərmək lazım dəyil, çünki yüksək ixtisaslı hakimə ehtiyacımız var. Digər tərəfdən, prosedura görə yeni hakim seçilənə gədər köhnə hakim öz fealiyyətini davam etdirir. Bəzi hallarda bu mümkün olmur: elə hallar var ki, hakim müxtəlif səbəblərə görə (məsələn, səhhəti ilə bağlı) öz funksiyasını yerinə yetirmək istəmir ve ya bilmir. Bir neçə həftədən sonra biz məhkəmədə hakimi olmayan bir ölkənin şahidi olacağıq. Bu isə öz növbəsində problemlər yaradacaq", deyə Kosta bildirib.