...

"Dalğa" Gənclər Hərəkatı prezidentə müraciət ünvanlayıb

Siyasət Materials 25 Yanvar 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir C.Babayeva/ "Dalğa" Gənclər Hərəkatı Məmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə cümə günü Trend ə hərəkatdan məlumat verilib.

31 yanvar böyük mütəfəkkir və Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Dalğa Gənclər Hərəkatı həmin gün bir sıra aksiyalar keçirməyi planlaşdırır

Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağıl prezidentə müracitəində bir sıra təkliflər irəli sürüb. Müracətdə təklif olunur ki, Səbail rayonu ərazisində yerləşən Sahil bağının adının "Demokratiya bağı" adı ilə əvəz olunsun və burada Xalq Cümhuriyyətinin şərəfinə abidə kompleksi tikilsin, Səbail rayonu ərazisində yerləşən və Rəsulzadənin adını daşıyan küçəyə Rəsulzadənin xatirə lövhəsi vurulsun; Bakı Dövlət Universitetinə Rəsulzadənin adı qaytarılsın və Universitetin önündə onun büstü qoyulsun; Səbail rayonu ərazisində yerləşən, Rəsulzadə küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən kiçik parkda (Kukla Teatrı ilə üzbəüz) Rəsulzadənin heykəli qoyulsun; Rəsulzadə qəsəbəsinin girişində Rəsulzadənin fəaliyyətini əks etdirən lövhə yerləşdirilsin; Rəsulzadənin ev - muzeyi yaradılsın və bu muzeyə dövlət səviyyəsində qayğı göstərilsin; Rəsulzadənin doğulduğu Novxanı kəndində onun yaşadığı evin və orada yerləşən heykəlin əsaslı təmiri aparılsın.

2008-ci il yanvarın 31 -də saat 13:00-da Hərəkat fəalları Rəsulzadənin Novxanıda yerləşən heykəlinin önünə, 28 may metrosunun içərisində yerləşən Rəsulzadənin portretinin önünə, Rəsulzadənin adını daşıyan və Səbail rayonunda yerləşən küçəyə, Demokratiya (Sahil) bağına, Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən və Rəsulzadənin heykəlinin qoyulması üçün nəzərdə tutulan yerə (həmin yerdə hazl-hazırda fəvvarə var), Bakı Dövlət Universitetinin önünə, Rəsulzadə qəsəbəsinin girişinə və İstiqlaliyyət küçəsində yerləşən "İstiqlaliyyət abidəsi"nin önünə tər güllər düzəcəklər. Bütün bunlarla yanaşı, 13:00-da Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən kiçik parkda "Açıq Hava Teatrı" təşkil olunacaq.

2005 - ci ilin fevralında yaradılan və mənfəət güdməyən Dalğa Gənclər Hərəkatı (Dalğa GH) qeyri- hökumət təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti