...

İsrail Qəzzədə genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilməz - "Həmas"ın rəsmisi

Siyasət Materials 25 Yanvar 2008 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / "Trend , müxbir R.Hafizoğlu/ "Həmas"ın rəsmisi hesab edir ki, Qəzzədə İsrail tərəfindən blokada şəraitində genişmiqyaslı hərbi əməliyyatların başlanması mümkün deyil. "Qəzzə blokadada olsa da, İsrail orduları Qəzzə ərazisinə girə bilməz",- deyə cümə günü Trend ə "Həmas"ın mətbuat katibi Sami Əbu Zühri bildirib.

Misir-Qəzzə sərhədində "Rifah" sərhəd - buraxılış məntəqəsinin divarınının yanvarın 23 - də partladılmasından sonra, on minlərdə fələstinlinin Misir ərazisinə keçdikləri və geri qayıtmadıqları haqda məlumat yayıb. Ekspertlər istisna etmirlər ki , Qəzzənin dinc əhalisinin sox hissəsinin Fələstini tərk etməsi genişmiqyaslı hərbi əməlliyatların başlanmasıyla nəticələnə bilər.

Dinc sakinlərin Qəzzəni tamam tərk etməsi bərəsində yayılan fikirlər əsassızdır,- deyə Zühri qeyd edib. "Qəzzəlilər Misirə, başlana biləcək müharibə qorxusundan deyil, gündəlik ərzaq tələbatını ödəmək üçün keçiblər və hal-hazırda əhalinin böyuk bir qismi öz evlərinə dönüb" - deyə əlavə edib.

Zühri, , Qəzzənin mütəmadi olaraq raket atəşinə tutulmasına baxmayaraq, İsrailin genişmiqyaslı hərbi əməliyyatların başlayacağınainanmadığını və İsrailin "Hamas"ın nəyə qadir olduğunu yaxşı bildiyini qeyd edib.

Fələstinli ekspert İsam Məhəmməd bu qənaətdədir ki, Qəzzə sakinləri müharibə qorxusundan öz evlərini tərk etməyiblər. "Əhalinin Misir ərazisinə keçərək, geri qayıtmaması haqda söyləninənlər doğru deyil. Misir höküməti qəzzəlilərə, bütün Misir ərazisinə deyil,sadəcə, Qəzzə ilə həmsərhəd Ariş şəhərinə girməyə icəzə vermişdir" - deyə, Həmasyönlü politoloq, İslam universitetinin dekanı Məhəmməd cümə günü Qəzzədən telefonla bildirib. O hesab edir ki, İsrailin, Misir-Qəzzə sərhədinin açılmasından öz məqsədləri üçün istifadə etmək istəyi baş tutmadı. "Biz, İsrail kəşfiyyatının Qəzzədəki gərginlikdən istifadə edərək, "Həmas" liderlərinə sui - qəsd hazırlamasından qorxurduq"-deyə fələstinli ekspert əlavə edib.

Politoloqun fikrincə, Fələstindəki ağır vəziyyət müvəqqətidir və problem tez bir zamanda siyasi həllini tapacaq.

Türkiyəli ekspert isə, hesab edir ki, İsrail Qəzzədə gərginlik yaratmaqla, fələstinlilərə psixoloji təzyiq göstərir. "Misir-Qəzzə sərhədinin patrladılması ilə, Fələstində mübarizə aparan qruplar deyil, dinc əhali Misirə keçib"-deyə türkiyəli araşdırmaçı Əhməd Varol cümə günü İstanbuldan elektron poçt ilə Trend ə bildirib.

Varol hesab edir ki, dinc əhalinin Misirə keçməsindən istifadə edən İsrail ordusunın Qəzzəyə soxulması inandırıcı deyil. "Qəzzədə geniş hərbi əməliyyatların başlanması, çoxsaylı əsgər itkisi və İsraildə siyasi böhranla nəticələnə bilər" - deyə ekspert qeyd edib.

ABŞ dövlət katibi Kondoliza Raysın Misir hökumətinə, Rəfah sərhəd məntəqəsində nəzarəti ələ alması barədə etdiyi müraciətdən sonra, Misir bu gün Qəzzə sərhədinə əlavə ordu qüvvələri göndərib. NEWSRU Aqentliyinin verdiyi məlumatda Misir hökümətinin fələstinlilərin Qəzzəyə dönməsi üçün ultimatum verdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti