...

Azərbaycanda Parlamentin 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq - Milli Məclisin sədri

Siyasət Materials 1 Fevral 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda ilk Parlamentin yaradılmasının 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq. Yubiley tədbirlərində iştirak etmək üçün dünyanın 100-ə yaxın ölkəsinin rəhbərləri və Parlament sədrləri Azərbaycana gələcəklər. Bu barədə Milli Məclisin cümə günü keçirilən ilk iclasında spiker Oqtay Əsədov bildirib.

Əsədov qeyd edib ki, Parlamentin 90 illik yubileyi ilə əlaqədar dövlət səviyyəsində bir sıra tədbirlər keçiriləcək.

Bir aylıq fasilədən sonra cümə günü Azərbaycan Parlamentinin yaz sessiyası başlayıb.

Xəbər lenti

Xəbər lenti