...

Ukraynanın Rusiya qazının Avropaya tranzitinə dərəcələri artırması məsələsi hazırda iqtisadidən çox, siyasi müstəvidədir-ekspert

Siyasət Materials 2 Fevral 2008 10:20 (UTC +04:00)
Ukraynanın Rusiya qazının Avropaya tranzitinə dərəcələri artırması məsələsi hazırda iqtisadidən çox, siyasi müstəvidədir-ekspert

Ukrayna, Kiyev, 01 fevral/ " müxbir Z.Novosvitski/ Ukraynanın Rusiya qazının Avropaya tranzitinə dərəcələri artırması məsələsi hazırda iqtisadidən çox, siyasi müstəvidədir. Ukraynanın "Sokrat" İnvestisiya-maliyyə qrupunun satış və yeni bazarlar üzrə icraçı direktoru Konstantin Lesniçi belə hesab edir.

"Burada iqtisadi səmərə şübhəlidir. Belə ki, Qazprom, öz növəbəsində, Ukraynaya tədarük edilən Məkəzi Asiya qazınaının nəqli qiymətlərini qaldıra bilər. Ola bilsin ki Ukrayna beləliklə bəzi siyasi məsələlərdə müəyyən təsir vasitələrinə malik olmaq istəyir", - Lesniçi bildirib.

.Ukraynanın Baş naziri Yuliya Timoşenko artıq dəfələrlə Ukrayna ərazisindən keçən qaz tranzitinə dərəcələri artırmaq niyyətində olduqlarını bildirib. Bəzi KİV hər 100 km.-də min kubmetrinə görə 1,7 dollardan 9,3 dollaradək artım imkanları haqqında məlumat verib.

Prezident Viktor Yuşhenkonun rəyinə görə, öz ərazisindən keçən Rusiya qazının nəqli tariflərinə baxmaqla Ukrayna risk edir.

Ekspertlər tranzit dərəcələrinin artırılmasında müsbət məqam kimi "Ukrtransqaz"-ın əlavə olaraq alacağı vəsaitləri ölkənin qaz nəqliyyatı sisteminin müasirləşdirilməsi və yeniləşdirilməsində istifadə edilmək imkanını göstərirlər.

"Ukrtransqaz"-ın törəmə şirkəti olan "Naftoqaz Ukrainı" Milli səhmdar şirkəti Ukraynanın qaz nəqliyyatı sisteminin operatorudur. Şirkət 36,6 min km magistral qaz kəməri istismar edir.

Operativ məlumatlara görə, "Ukrtransqaz" TŞ 2007-ci ildə Avropa ölkələrinə 112,1 mlrd. kubmetr təbii qaz nəql edib ki, bu da 2006-cı ilin göstəricisindən 1,7 mlrd. kubmetr və ya 1,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti