...

Azərbaycanda polis orqanlarında yerdəyişmələr olub

Siyasət Materials 6 Fevral 2008 13:21 (UTC +04:00)
Azərbaycanda polis orqanlarında yerdəyişmələr olub

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın polis orqanlarında kadr islahatları aparılıb. Daxili İşlər Nazirliyindən çərşənbə günü Trend ə bildiriblər ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə paytaxtın Əzizbəyov rayon Yol Polisi Şöbəsinin rəisi mayor Rəşadət Babayev Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəisinin müavini vəzifəsinə təyin olunub. Əzizbəyov rayon Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə isə hələ ki yeni təyinat olmayıb.

Həmin vəzifədə işləmiş polkovnik İsgəndər Quliyev yaş həddinə görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Əzizbəyov rayon Yol Polisi Şöbəsində şöbə rəisi vəzifəsində çalışan Azər Bayramov Yasamal rayon Yol Polisi Şöbəsinə rəis təyin olunub. Bu vəzifəni icra edən Samir Muradov isə başqa vəzifəyə keçirilib.

Bundan əlavə, Samux rayonunun polis rəisi Şamil Ömərov yaş həddinə görə təqaüdə göndərilib. Həmin vəzifəyə hələ ki heç kim təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti