Azərbaycan, Bakı,06 fevral / Trend / Prezident İlham Əliyev Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 524-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalayıb.Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə imzalanmış sərəncama əsasən, Nazilər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının adıçəkilən Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayaraq, Prezidentə təqdim etmək və Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.