Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Ayatullah Seyid Əli Xameneini İranın milli bayramı - İslam inqilabı günü münasibətilə təbrik elib. Dövlət başçısının təbrik məktubunda ikitərəfli əməkdaşlığın davam etdirilməsinin önəmliliyi vurğulanıb: "Biz dost və qonşu ölkələrimiz arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın iradəsini bariz şəkildə ifadə edən dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı üçün bundan sonra da səylərimizi davam etdirəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".