...

Azərbaycanda quldurluqla məşğul olan Gürcüstan vətəndaşları həbs olunublar

Siyasət Materials 11 Fevral 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda quldurluqla məşğul olan Gürcüstan vətəndaşları fevralın 10-da paytaxt Bakıda tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Valeri Yolkinə qarşı zor tətbiq edərək ondan 35 manatı almış Gürcüstan vətəndaşları, əvvəllər məhkum olunmuş Edemi Kvirtiya və Besik Qiqiberiya tutulublar. Onların üzərinə baxış zamanı Kvirtiyadan 0,216 qram, Qiqiberiyadan isə 0,197 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti