...

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi qəzaya uğramış MİQ-29-un axtarışlarının uzanmasını hava şəraiti ilə əlaqələndirib

Siyasət Materials 14 Fevral 2008 14:55 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi qəzaya uğramış MİQ-29-un axtarışlarının uzanmasını hava şəraiti ilə əlaqələndirib

Azərbaycan, Lənkəran, 14 fevral / Trend , müxbir P.Əliyeva/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi bildirib ki, qəzaya uğramış MİQ-29 hərbi təyyarəsinin qalıqları və pilotlarının axtarışlarının uzanması qeyri-sabit hava şəraiti ilə bağlıdır. "Təyyarə qəzaya uğradıqdan sonra güclü küləyin olması təyyarənin qalıqlarının və pilotların yerdəyişmələrinə səbəb ola bilər" cümə axşamı Astara rayonunda jurnalistlərə DSX rəisi Elçin Quliyev bildirib.

Yanvarın 29-da Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin MiQ -29 qırıcısı təlim uçuşları keçirilərkən qəzaya uğrayıb. Nəticədə təyyarədə olan hər iki pilot həlak olub.

Axtarışları ilkin olaraq Azərbaycanın Fövqəladə Hallar və Müdafiə nazirlikləri aparıb. Qəzanın 11-ci günü axtarışlara Dövlət Neft Şirkəti və Dövlət Sərhəd Xidməti mütəxəssisləri də qoşulub.

Ötən il Azərbaycan Ukraynanın təkmilləşdirdiyi MiQ -29 təyyarələrini alıb.

Quliyev deyib ki, axtarışlar zamanı real vəziyyət və şərait nəzərə alınmalıdır. Güclü küləyin olması sualtı axını artırıb. Onun sözlərinə görə, təyyarənin qalıqlarının və pilotlarının yerdəyişmə versiyası nəzərə alınaraq, axtarış əraziləri genişləndirilib. Bu da əlavə vaxt itkisinə gətirib çıxarır. DSX rəisi inanır ki, yaxın müddətdə axtarışlar müsbət nəticə verəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti