...

Azərbaycanın hakim partiyasının deputatları "Müxalifətçilik fəaliyyəti haqqında" qanun layihəsinin əleyhinə səs verəcəklər

Siyasət Materials 15 Fevral 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar "Müxalifətçilik fəaliyyəti haqqında" qanun layihəsinin əleyhinə səs verəcəklər. "Qanunda irəli sürülən prinsiplər kifayət qədər qüsurludur və birinci müzakirədə YAP-dan olan deputat həmkarlarım tərəfindən əleyhinə səs veriləcək"cümə günü Trend ə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

"Müsavat" deputat qrupu "Müxalifətçilik fəaliyyəti haqqında" qanun layihəsi hazırlayıb. Qanun layihəsində müxalifət partiyalarının qərargahla təmin edilmələri, onlara dövlət televiziya və radiosunda efir vaxtının ayrılması, eləcə də dövlət büdcəsindən maliyyələşən rəsmi qurumlarda müxalifət partiyalarının üzvləri üçün kvota ayrılması nəzərdə tutulur. Bundan başqa, qanun layihəsində müxalifətçi deputatlar \ın Milli Məclisin komissiyalarının rəhbərliyində təmsil olunmaq məsələsinə də yer ayrılıb. Qanun layihəsi bu gün Milli Məclisə təqdim olunacaq.

"Müsavat" deputat qrupundə 5 müxalifətçi deputat təmsil olunur. 125 deputatdan isə YAP-ı təmsil edənlər 64 nəfərdir.

Mirzəzadə deyib ki, qanun layihəsində ancaq müxalifətin təminatı üzərində düşünüblər. "Vəzifə yerinə yetirməyəndən sonra hansı təminatdan söhbət gedə bilər. Onlar maddi təminatı nəzərdə tuturlar və bu yarımçıq, qüsurlu qanundur. İnanmıram ki, belə qanun qəbul olunsun. Qanun 3 hissədən ibarət olmalıdır - vəzifə, təminat, fəlsəfə" Mirzəzadə əlavə edib. YAP-çı deputat hesab edir ki, partiyaların qərargahla təminatı "Siyasi partiyalar haqqında" qanunda yer alıb. Bunun ayrıca olaraq digər qanunda göstərilməsinə ehtyac yoxdur. Mirzəzadə rəsmi qurumlarda müxalifət partiyalarının üzvləri üçün kvota ayrılması fikrini absurd sayır. "Demokratik ölkədə seçkidə qalib gələn partiya öz tərəfdarları arasında hakimiyyəti formalaşdırır. Hakim partiyanın prinsiplərini qəbul etmədən, onun komandasında təmsil olunmaq mümkün deyil" o vurğulayıb.

Mirzəzadə hesab edir ki, belə bir qanunun qəbuluna ehtiyac var, ancaq müxalifətin hazırladığı qanun yarımçıqdır. Onun sözlərinə görə, gələcəkdə belə bir qanun iqtidar tərəfindən hazırlana bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti