...

ADP prezident seçkisində iştirak qərarını dəyişə bilər

Siyasət Materials 16 Fevral 2008 14:28 (UTC +04:00)
ADP prezident seçkisində iştirak qərarını dəyişə bilər

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Azərbaycan Demokrat Partiyası (ADP) prezidentliyə namizədini müəyyənləşdirməsinə baxmayaraq, seçkidə saxtakarlıqlara yol verildiyi əvvəldən bəlli olarsa, prezident seçkisini boykot etməlidir. Trend in məlumatına görə, bu fikirləri ADP Ali Məclisinin üzvü Qurban Məmmədov məclisin şənbə günü keçirilən sessiyasında bildirib.

ADP-nin Məclisi bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində partiyanın sədri Sərdar Cəlaloğlunun namizədliyinin irəli sürülməsinə dair qərar çıxarıb.

Cəlaloğlu bildirib ki, ADP prezident seçkisində iştiraka Azərbaycanın problemlərinin həlli, mövcud durğunluğu aradan qaldırmaq yolu kimi baxır və bunu imkan hesab edir.

Cəlaloğlunun qardaşı, Məclis üzvü Qurban Məmmədov isə bildirib ki, Azərbaycanda mövcud siyasi vəziyyət dəyişməyəcəyi təqdirdə partiyanın prezident seçkisində öz namizədi ilə iştirakının əleyhinə olacaq. Məmmədov hesab edir ki, ADP özünün seçki kampaniyasını müəyyən bir mərhələyə qədər aparmalı, seçki prosesində saxtakarlıqlar müşahidə edərsə, seçkidə iştirakdan imtina etməlidir: "Biz yalançı seçkidə dekorasiya olmamalıyıq. Əgər seçkiyə az bir müddət qalmış görsək ki, seçkinin taleyi artıq həll olunub və nəticə bəllidir, onda mütləq boykot qərarı verməliyik. Çünki belə seçki və orada iştirak bizə lazım deyil"-deyə ADP fəalı bildirib.

Xəbər lenti

Xəbər lenti