...

Azərbaycan Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını qanunsuz adlandırıb

Siyasət Materials 18 Fevral 2008 12:40 (UTC +04:00)
Azərbaycan Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını qanunsuz adlandırıb

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir S.Ağayeva/Azərbaycan Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını qanunsuz adlandırıb. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

"Kosovonun müvəqqəti özünüidarə orqanları Serbiyadan ayrıldığını elan edib" - deyə İbrahim bildirib.

Onun fikrincə, bu, beynəlxalq hüquq normalarına ziddir.

"Azərbaycanın Kosovoya dair mövqeyi villi maraqlara əsaslanır, kiminsə mövqeyindən irəli gəlmir. Bu məsələdə Rusiya və Amerika yönümlü mövqe yoxdur, ayrılıqda bütün dövlətlərin mövqeyi var" - deyə İbrahim bildirib. "Biz heç kimdən qorxmuruq və Kosovonun müstəqilliyinin tanınmasından sonra onun ardınca digər dövlətlər tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanına biləcəyini nəzərə alaraq özümüzü sığorta etməyə çalışmırıq" - deyə o bildirib. Onun sözlərin görə, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan, dəstəkləyən dünyanın heç bir dövləti Dağlıq Qarabağın müstəqilliyni tanımır.

Kosovonun baş naziri Haşim Taçi bazar günü bölgə parlamentini xüsusi iclasa çağırıb və burada Kosovonun müstəqilliyi elan olunub.

Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız beş dövlət (ABŞ və Avropa İttifaqı ölkələri) Kosovoya beynəlxalq nəzarət altında müstəqil dövlət statusunun verilməsini nəzərdə tutan Marti Axtisaari planının tanınmasına tərəfdar olduqlarını bildiriblər.

Kosovo müstəqilliyinin birtərəfli qaydada elan olunmasından sonra özlərini respublika elan edən Abxaziya və Cənubi Osetiya müstəqilliklərinin tanınması məqsədilə Rusiya və BMT-yə müraciət etmək niyyətindədir.

Kosovonun birtərəfli şəkildə elan edilmiş müstəqilliyni Aİ-nin ən azı beş dövləti - Kipr, Yunanıstan, Rumıniya, İspaniya və Slovakiya tanımaq niyyətində deyil.

Rusiya Serbiyanın mövqeyi nəzərə alınmadan bölgənin statusunun müəyyən edilməsini qəbul edilməz hesab edir, Priştina və Belqrad arasında danışıqların davam etdirilməsini təkid edir. Moskva BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının təcili olaraq çağırılması mövqeyindən çıxış edir.

Serbiyanın baş naziri Voislav Koştunitsa bildirib ki, Serbiya Kosovonun müstəqilliyni tanımaq niyyətində deyil. O, Kosovo və Metoxiyonu Serbiyanın tərkibinə qaytaracağına vəd verib.

Kosovoda təxminən 2 mln. adam yaşayır, əhalinin 90 faizini bölgənin müstəqilliyi naminə çıxış edən etnik albanlar təşkil edir. Baxmayaraq ki, Kosovo formal olaraq Serbiyanın tərkibinə daxildir, bölgə 1999-cu ildən faktiki olaraq BMT güc administrasiyaları tərəfindən idarə olunur. 2008-ci il fevralın 4-də Avropa İttifaqı bu regionda olan "Mavi dəbilqəlilər"i əvəz edəcək 1,8 min nəfərlik polis-administrativ missiyasının Kosovoya göndərilməsinə razılıq verib.

Xəbər lenti

Xəbər lenti