...

Prezident İlham Əliyev Budapeştin Korvinus Universitetinin Fəxri doktor adını aldı

Siyasət Materials 18 Fevral 2008 22:56 (UTC +04:00)

Macarıstan, Budapeşt, 18 fevral / Trend , müxbir Y.Hüseynov/ Bu gün prezident İlham Əliyevə Budapeştin Korvinus Universitetində Fəxri doktor adının verilmə mərasimi keçirildi. Trend in xüsusi müxbirinin Budapeştdən verdiyi məlumata görə, İlham Əliyev mərasimdə çıxış edərək geyd etdi ki Azərbaycanda təhsilə xüsusi qayğı var və ölkədə təhsilin inkişafı dövlətin prioritetlərindən biridir. Təsadüfi deyil ki 2007-ci ildə Azərbaycanda 1200 məktəb tikilib, orta təhsil ocağlarının maddi-texniki bazası möhkəmləndirilib, məktəblərin böyük əksəriyyəti kompyuterlə təçhiz olunub.

Dövlət başçısı mərasimdə Azərbaycan iqtisadiyyatının inkişafından, ölkənin malik olduğu karbohidrogen resurslarının əhəmiyyətindən danışıb. O geyd etdi ki Azərbaycan dünyanın, xüsusi ilə də dostlarının enerjitəhlükəsizliyinin möhkəmləndirilməsində yaxından iştirak edəcək.

Prezident Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunaraq bildirdi ki Ermənistan Azərbaycanın 20% ərazisini işğal edib, burada etnik təmizləmə siyasəti aparıb, BMT-nin 4 qətnaməsini hələ də Erməistan yerinə yetirmir.

Xəbər lenti

Xəbər lenti