...

Azərbaycanda qadın alveri ilə məşğul olan dəstə tutulub

Siyasət Materials 19 Fevral 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qadınları cinsi istismara məruz qoyan dəstə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə axşamı Trend ə bildiriblər ki, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 18-də insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoymaq faktı ilə əlaqədar Sabirabad rayon sakini Mahirə Cəfərzadə, Bakı şəhər sakini Aybəniz Məmmədova, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Əhməd Mikayılov, Sumqayıt şəhər sakini Esmira İbrahimova saxlanılıblar.

Ötən il Azərbaycanda insan alveri ilə bağlı cinayətlərə görə 300 nəfər məsuliyyətə cəlb olunub. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 2006-cı illə müqayisədə 55,8% artıb, həmin cinayətləri törədənlərin yarıdan çoxunu, 54,0%-ni qadınlar təşkil edib.

Xəbər lenti

Xəbər lenti