...

Bakı Fond Birjasında QDİ-nin yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 20 Fevral 2008 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend / Fevralın 19-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300420S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında bildirilr.

Bir iştirakçı tərəfindən təqdim olunan sifarişin nominal üzrə ümumi məbləği 2 161 200 manat təşkil edib. Sifariş 95.23 faiz (gəlirlik 10.88 faiz) qiymətdə təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 95.23 faiz (gəlirlik 10.88%), orta ölçülmüş qiymət 95.23 faiz (gəlirlik 10.88%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 161 200 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 5 avqustdur.

Xəbər lenti

Xəbər lenti