...

Vyanada Azərbaycan-Avstriya parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub – Bahar Muradova

Siyasət Materials 22 Fevral 2008 11:26 (UTC +04:00)
Vyanada Azərbaycan-Avstriya parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub – Bahar Muradova

Avstriya, Vyana, 22 fevral / Trend , A.Ələskərov/ Vyanada Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradovanın Avstriya parlamentinin sədr müavini Mixail Şpindeleqqer (Michael Spindelegger) ilə görüşü zamanı parlamentlərarası əməkdaşlığın inkişaf məsələləri nəzərdən keçirilib.

"Görüş zamanı parlamentlərarası ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan Dağlı Qarabağ probleminin həlli yolları müzakirə olunub" - deyə Bahar Muradova cümə axşamı Trend Agentliyinə bildirib. Onun sözlərinə görə, tərəflər, həmçinin iqtisadiyyat və turizm sahəsində Azərbaycan-Avstriya əlaqələrinin inkişafını da nəzərdən keçiriblər.

Görüşdə Avstriyanın vitse-spikerinə Azərbaycanın müstəqilliynin 90 illiyinə həsr olunacaq konfransa dəvətnamə verilib, Azərbaycan parlamenti tərəfindən nəşr olunan ölkənin işğal olunmuş Dağlıq Qarabağ regionu barədə kitab təqdim olunub.

Bahar Muradova bildirib ki, ATƏT-in Parlament Assambleyasının (ATƏ PA) Vyanada keçirilən qış sessiyasının birinci günündə Kosovonun müstəqilliyinin elan olunması məsələsi, Avropada adi silahlara dair Müqavilə şərtlərinin yerinə yetirilməsi problemi müzakirə edilib.

Fevralın 21-22-də Vyanada ATƏT-in parlament Assambleyasının qış sessiyası keçirilir. ATƏT-in PA-da Azərbaycanın parlament missiyasına Bahar Muradova rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti