...

DAK-ın qurultayının vaxtı və yeri müəyyənləşib

Siyasət Materials 22 Fevral 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) X növbədənkənar qurultayı 20-21-22 iyunda Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin iqamətgahında keçiriləcək.

Bu barədə Trend ə DAK-dan məlumat verilib.

Avropa Parlamenti nümayəndələrinin də qatılacağı qurultayın ilk günü "Güney Azərbaycanın çağdaş durumu və siyasi gələcəyi" mövzusunda seminara həsr olunacaq.

Qurultayda DAK-dan ayrılmış qrupun yenidən təşkilata birləşməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti