...

Azərbaycanda qəzaya uğramış MiQ-29-un pilotlarından birinin cəsədi dənizdən çıxarılıb

Siyasət Materials 25 Fevral 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qəzaya uğramış MiQ-29 qırıcı təyyarəsində həlak olan pilotlardan birinin cəsədi dənizdən çıxarılıb, digər cəsədin yerinin müəyyənləşdirilməsi davam edir. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Müdafiə Nazirliyinin mətbuat xidməti yalnışlığa yol verərək bu gün səhər pilotların ikisinin də cəsədinin dənizdən çıxarıldığı barədə məlumat yaymışdı.

Yanvarın 29-da təlim uçuşları zamanı qəzaya uğrayaraq Xızı rayonunun Şurabad qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən MiQ-29 tipli qırıcı təyyarənin qara qutusu tapılıb.

Azərbaycan keçən il modernləşdirilmiş MiQ-29 təyyarələrini Ukraynadan alıb. MiQ-29 təyyarələri Rusiyada istehsal olunur. Rusiyada təyyarə istehsalı ilə məşğul olan "MiQ" korporasiyasının ictimai əlaqələr idarəsinin rəisi Yelena Lvova bir müddət öncə Trend ə açıqlamasında bildirib ki, qəzaya səbəb köhnəlmiş texnikanın satışı və istismarı ola bilər. Lvova qeyd edib ki, istehsalçılar dəfələrlə təkmilləşdirmə prosesinə təyyarənin konstruktorlarının cəlb edilməsi tələbi ilə çıxış ediblər. "Biz yalnız o zaman hər hansı bir məsuliyyəti daşıyırıq" - deyə zavodun nümayəndəsi bildirib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hava sərhədlərinin qorunması üçün istifadə etdiyi MiQ -29 təyyarələri bundan öncə Rusiya, Malayziya, Peru, Slovakiya, Ermənistan və Qazaxıstanda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Sabiroğlu deyib ki, axtarış zamanı dənizdən pilot Əfqan Aslanovun cəsədi tapılıb. Digər pilot Fəxrəddin Əsgərovun cəsədi dənizdə qəflətən hava şəraiti dəyişdiyindən hələki üzə çıxarılmayıb.

MiQ-29 təyyarəsi 1971-ci ildən istehsal olunur. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü isə 4.3 metrdir. Təyyarənin hərbi texnika ilə birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət saatda 2400 kilometrdir. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxır və 2100 kilometr məsafəni qət edə bilir. Onun dəqiqədə 1500 atəş aça bilən 30 millimetrlik QŞ-301 tipli topu var. Təyyarə İR-60 tipli raketlərlə təchiz edilir. MiQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti