...

MSK sədri dövlət və qeyri-dövlət qurumlarını seçici siyahıları ilə bağlı təbliğat aparmağa çağırır

Siyasət Materials 28 Fevral 2008 13:40 (UTC +04:00)
MSK sədri dövlət və qeyri-dövlət qurumlarını seçici siyahıları ilə bağlı təbliğat aparmağa çağırır

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkənin bütün dövlət qurumları nümayəndələrini, qeyri-dövlət müəssisələrinin rəhbərlərini, tanınmış insanları, ziyalıları seçici siyahılarının dəqiqləşdirilməsi prosesində iştirak etməyə çağırır. Trend in məlumatına görə, Pənahov bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında çağırış edib.

"Hər bir müəssisə rəhbəri öz idarəsində, şirkətində çalışan insanları, ictimaiyyət nümayəndələrini seçici siyahılarına düşməyə çağırmalı, bu barədə təbliğat aparmalıdır. Bu, qətiyyən seçki prosesinə müdaxilə etmək deyil, əksinə, bu təbliğat işi seçki prosesinə kömək olardı" - deyə Pənahov bildirib.

MSK sədrinin sözlərinə görə, Azərbaycanda seçici siyahılarında olan dəqiqlik Avropa ölkələrindəkindən daha yüksəkdir. Siyahılarda yaranan problem isə əsasən əhalinin yerdəyişməsi, yenicə 18 yaşına çatanların səsvermə hüququ qazanması, nigahlarla əlaqədar soyadların dəyişməsi və s. səbəblərlə bağlıdır. Pənahov qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi işi yanvardan başlanıb, hazırda dairə seçki komissiyaları tərəfindən davam etdirilir, mayın sonuna kimi isə MSK tərəfindən yekunlaşdırılacaq.

MSK-nın rəsmi məlumatına görə, Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 4 milyon 600 mindən yuxarıdır.

Xəbər lenti

Xəbər lenti