...

NATO Parlament Assambleyasının prezidenti Joze Lelo Azərbaycana səfərə gəlib

Siyasət Materials 5 Mart 2008 00:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / müxbir Trend İ.Əlizadə/ NATO Parlament Assambleyasının (NATO PA) prezidenti Joze Lelo 68-ci "Ross-Root" seminarında iştirak etmək üçün çərşənbə axşamı axşam saatlarında Azərbaycana səfərə gəlib. Joze Lelo Milli Məclisin sədri Oqt ay Əsədov, birinci vitse-spiker və Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri və parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşəcək.

Görüşlərdə Azərbaycanla NATO PA arasında əməkdaşlığın genişləndirilməsi və seminara hazırlıq məsələləri müzakirə olunacaq.

NATO PA-nın seminarında Xəzər bölgəsində, Mərkəzi Asiyada təhlukəsizlik məsələləri, hərbi-siyasi vəziyyət, enerji təhlükəsizliyi, Qərblə Mərkizi Asiya ölkələri arasında münasibətlər, demokratiyanın inkişafı və insan hüquqları məsələləri müzakirə olunacaq. Seminarda bir sıra beynəlxalq təşkilatların və NATO ilə əməkdaşlıq edən 25-dən artıq ölkənin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti