...

MDB Parlamentlərarası Assambleyası daimi komissiyalarının iclası keçiriləcək

Siyasət Materials 6 Mart 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart/ Trend , müxbir İ.Əlizadə/ MDB ölkələrinin terrorçuluq, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması məsələsi MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarında müzakirə olunacaq. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Martın 10-dan 14-dək Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Müdafiə və Təhlükəsizlik, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyalarının, eləcə də MDB-də terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə birgə komissiyanın iclasları keçiriləcək.

İclaslarda MDB-yə üzv olan dövlətlərin sərhədyanı əməkdaşlığı haqqında Konvensiya, korrupsiya, terrorizm və ekstremizmlə mübarizə üsulları haqqında model qanun layihələri müzakirə olunacaq.

İclaslarda Azərbaycanı Milli Məclisin üzvü Fəzail Ağamalı təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti