...

Bolqarıstan prezidenti Şəkiyə gedib

Siyasət Materials 11 Mart 2008 11:45 (UTC +04:00)

Azərbaycan, Şəki, 11 mart / Trend ", müxbir E.Quliyev/ Azərbaycanda səfərdə olan Bolqarıstan prezidenti Georgi Pırvanonun martın 11-i səhər Şəki şəhərinə səfəri başlayıb. Şəki şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Rəfael Məcidov çərşənbə axşamı Trend ə bildirib ki, Bolqarıstan prezidentinin Şəkiyə səfəri tanışlıq və istirahət xarakteri daşıyır.

Bolqarıstan prezidenti Pırvanonun Azərbaycana səfəri martın 10-dan başlayıb. Pırvano səfər çərçivəsində Azərbaycan prezidenti ilə görüş keçirib.

Məcidov deyib ki, Bolqarıstan prezidenti səfər çərçivəsində Şəki Xan Sarayı, digər turizm obyektləri və tarixi abidələri ilə tanış olacaq.

Pırvanonun Şəkiyə səfəri martın 11-i axşam başa çatacaq.

Şəki paytaxt Bakıdan 352 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti