...

Azərbaycan prezidenti "Coğrafi obyektlərin adları haqqında" Qanunun tətbiqi barədə fərman verib

Siyasət Materials 11 Mart 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev "Coğrafi obyektlərin adları haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə fərman verib. Fərmana görə, Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Coğrafi obyektlərin adları haqqında" Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin. Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə prezidentə məlumat verməlidir. Həmçinin fərmana görə, həmin Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları haqqında Əsasnəmə təsdiq edilməli və bu barədə prezidentə məlumat verilməlidir.

Xəbər lenti

Xəbər lenti