...

Dağlıq Qarabağ məsələsi MDB işləri üzrə Dövlət Duması Komitəsinin iclasının gündəliyinə çıxarılmayıb – Komitə aparatının rəhbəri

Siyasət Materials 12 Mart 2008 17:47 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsi MDB işləri üzrə Dövlət Duması Komitəsinin iclasının gündəliyinə çıxarılmayıb – Komitə aparatının rəhbəri

Rusiya, Moskva, 12 mart/ " müxbir R.Ağayev/ Dağlıq Qarabağ məsələsi MDB işləri və həmvətənlərlə əlaqələr üzrə Dövlət Duması Komitəsinin sabahkı iclasının gündəliyinə, ümumiyyətlə, çıxarılmayıb. Bu barədə Trend -a Komitə aparatının rəhbəri Mariya Lazutova məlumat verib. O, martın 13-də MDB işləri və həmvətənlərlə əlaqələr üzrə DD Komitəsinin iclasının keçiriləcəyi haqqında məlumatı təsdiqləyib. İclasda post-sovet məkanında münaqişələrin nizamlanma perspektivləri müzakirə ediləcək.

Bir müddət əvvəl bildirilirdi ki, iclasda MDB ərazisindəki bütün "dondurulmuş" münaqişələr müzakirə ediləcək.

"İclas yalnız üç tanınmayan respublika - Abxaziya, Cənubi Osetiya və Dnestryanıya aiddir. Sabahkı iclasın gündəliyində Dağlıq Qarabağ məsələsi yoxdur", - o bildirib. Lazutovanın sözlərinə görə, bu gün saat 18.00 - da Komitə post-sovet məkanında münaqişələrin nizamlanması üzrə qarşıdakı dinləmələrə dair rəsmi pres-relizlə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti