...

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Siyasət Materials 17 Mart 2008 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart/ " müxbir S.Babayeva/ Yanvar-fevralda Azərbaycanda tikinti materiallarının istehsalı nəzərə çarpacaq dərəcədə artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Əsas məhsul - tikinti konstruksiyalarının buraxılışı 13,5 faiz, hazır beton qatışığı - 16,9 faiz, asfalt - 2,8 dəfə artıb. Hazırda tikinti materiallarının 90,2 faizi özəl sektor tərəfindən istehsal olunur.

Məhsul növləri 2008-ci il yanvar fevralda istehsal həcmi Ötən illə müqayisədə % 2008-ci il martın 1-nə hazır məhsul ehtiyatı
Sement, əhəngdaşı və gips istehsalı
Sement (min.ton) 175,5 94 17,4
Tikinti gipsi (min.ton) 826 36,2 1303,6
Tikinti əhəngdaşı (min.ton) 76,4 148,6 9,6
Sementdən tikinti konstruksiyaları (min. kub. m) 8,4 113,5 5,1
Sement və ya betondan tikinti blokları (ton) 1 273,6 109,6 263,2
Hazır beton qarşığı (min.ton) 273,4 116,9 -
Asfalt (min.ton) 45,5 2,8 dəfə -

Yanvarda sahənin işçilərinin sayı 8277 nəfər və ya 2007-ci ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz çox olub. İşçilərin orta aylqı əmək haqqı 250,6 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti