...

Rusiya yaxın Şərq ölkələri arasında vasitəçi kimi rolunu genişləndirməyə çalışır- Ekspertlər

Siyasət Materials 22 Mart 2008 16:46 (UTC +04:00)
Rusiya yaxın Şərq ölkələri arasında  vasitəçi kimi rolunu genişləndirməyə çalışır- Ekspertlər

Trend-i buradan izləyin

Azərbaycan, Baku, 21 mart / " Trend news ", müxbir D.Xatınoğlu, A.Qasımova/ Rusiya XIN sədri Segrey Lavrovun Suriyaya səfəri, rəsmi Moskovanın Yaxın Şərq ölkələri arasında sülhün bərpası üçün çalışmasını göstərir. "Rusiya yaxın Şərq ölkələri arasında vasitəçi kimi rolunu genişləndirməyə çalışır"-deyə, Britaniyada fəaliyyət göstərən iranlı politoloq Əlirza Nurizadə(Əlireza Nourizadeh) "Trend news"a bildirib.

Rusiya XIN sədri Segrey Lavrov Suriyaya səfər edib. Bu səfərdən məqsəd, regionda sülhün bərpası, İsrail-Fələstin münaqişəsinin həlli və digər təhlükəsizlik məsələləri qeyd olunub.

Nurizadə cümə günü Londondan telefonla bildirib ki, SSRİ-i dağıldıqdan sonra, Rusiyanın xarici ölkələrlə münasibəti və nüfuzu azalıb. "Rusiya sabiq imicini bərpa etmək üçün, yaxın Şərqdə, xüsusilə ərəb ölkələrilə münasibətini genişləndirir və regionda olan münaqişələrdə aktiv şəkildə vasitəçi kimi iştirak etməyə çalışır. Suriya kimi beynəlxalq ictimaiyyətdən təcrid olunmuş bir ölkə, rəsmi Moskovanın dəstəyini qazanmağa maraqlıdır. Həmçinin İsrail-Fələstin münaqişələrindəki tərəflər Rusiyanı bitərəf ölkə kimi qəbul edir"-deyə, iranlı politoloq bildirib.

Nurizadənin fikrincə, Səudiyyə Ərəbistanı da Rusiya ilə münasibətlərini genişləndirməyə çalışır. "Onlar çalışırlar ki, Rusiya vasitəsilə Suriyanın Livandakı müdaxilələrini azatsınlar. Rusiya regionada sabitliyin bərpası üçün əhəmmiyyətli bir fiqurdur"-deyə, Nourizadə bildirib.

Dünya Iqtisadiyyatı Və Beynəlxalq Münasibətlər Inistitunun Elmlər Əməkdaşı, Vidaimir Yevseyev isə, bu gün Moskovadan telefonla "Trend news"a bildirib ki, Lavrofun Suriyaya səfəri, həmçinin İsrail rəsmiləri ilə görüşü Rusiyanı rəsmi Dəmişqə tərəfsiz vasitəçi kimi gösərmək məqdəsi güdür. "Rusiya, İsrail-Fələstin münaqişəsinin yaxın gələcəkdə həll olunmayacağını bilir. Bu səfər isə, kanfilektlərin həlli ilə nəticələnməyəcək. Rusiya çalışır ki, fürsətdən istifadə edərək, ərəb ölkələri ilə münasibətlərini genişləndirsin"-deyə, rusiyalı ekspert bildirib.

Onun fikrincə, İsrail-Fələstin münaqişəsində, Qəzzə sektoru xarici siyasətdən uzaq qalmamalıdır və "Hamas" təşkilatının sədrləri, Rusiyanın onların təcrid olunmaması ilə əlaqədar səylərini hiss etməlidirlər.

Xəbər lenti

Xəbər lenti