...

Azərbaycanın nümayəndəsi birinci dəfə olaraq BMT strukturunda insan haqları üzrə ali ekspert orqanının üzvü seçilib

Siyasət Materials 27 Mart 2008 17:59 (UTC +04:00)
Azərbaycanın nümayəndəsi birinci dəfə olaraq BMT strukturunda insan haqları üzrə ali ekspert orqanının üzvü seçilib

Azərbaycan, Bakı, 27 mart/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın nümayəndəsi insan haqları üzrə BMT Şurasının Məsləhətçi Komitəsinin üzvü seçilib.

Azərbaycan Milli Məclisi apparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, professor Lətif Hüseynov BMT Şurasında səsvermə zamanı üç il müddətinə struktura üzv seçilib. Bu barədə Trend -a cümə axşamı Cenevrədə BMT Şöbəsində Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov məlumat verib.

Gizli səsvermə nəticəsində Şuraya üzv 47 ölkədən 30-u Hüseynovun lehinə səs verib.

Əmirbəyov bildirib ki, Azərbaycan nümayəndəsi BMT-nin insan haqları üzrə əvvəllər mövcud olan Altkomissiyasını əvəzləyəcək insan haqları üzrə BMT Şurasının Məsləhətçi Komitəsinin on səkkiz birinci üzvü sırasına daxil olub.

Bu orqan BMT-nin insan haqları üzrə Şurası nəzdinə əsas beyin mərkəzi rolunu icra edəcək. Onun məqsədi insan haqları sahəsində müxtəlif aktual məsələlər üzrə ekspert analizi və tədqiqatlarının yekunlarının təqdim edilməsidir. Komitənin tərkibinə bütün qitələrdən insan haqları üzrə aparıcı ekspertlər daxil olublar. Komitənin birinci iclası bu il avqustun 4-15-də Cenevrədə keçiriləcək.

Əmirbəyovun sözlərinə görə, Azərbaycanın nümayəndəsinin ilk dəfə olaraq insan haqları üzrə BMT strukturuna üzv seçilməsinə görə, əhəmiyyətlidir.

Xəbər lenti

Xəbər lenti