...

Türk dövlətlərinin birləşməsi prosesini tezləşdirmək lazımdır – Milli Məclisin deputatı Qüdrət Həsənquliyev

Siyasət Materials 1 Aprel 2008 05:40 (UTC +04:00)
Türk dövlətlərinin birləşməsi prosesini tezləşdirmək lazımdır – Milli Məclisin deputatı Qüdrət Həsənquliyev

Azərbaycan, Bakı, 1 aprel / Trend / Bütöv türk dünyasının birləşdirilməsini Türkiyə və Azərbaycandan başlamaq lazımdır. Trend un İTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Bütöv Xalq Cəbhəsi partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib .

Onun sözlərinə görə, türk dövlətlərinin birləşməsi prosesini tezləşdirmək lazımdır. Türkiyə və Azərbaycan bu prosesə daha yaxındarlar. "Mən əminəm ki, bu birliyə Orta Asiya dövlətləri də birləşəcək. Bunu elədikdə isə biz dünyanın digər ölkələrini türk dünyası ilə hesablaşmağa məcbur edəcəyik", - deyə, o bildirdi.

Deputatın fikirincə, türk dünyası böyük potensiala malikdir - Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi vəziyyət, zəngin təbii sərvətlər. Bununla belə, hər buraxdığımız gün və saat bizim maraqlarımıza cavab vermir. Türk dünyasının birliyinə nail olsaq Avropa Türkiyədən yalvaracaq ki, o Avropa İttifaqına daxil olsun.

"Məni, bu gün, Orta Asiya ölkələrinin Xocalı soyqırımına və azərbaycanlıların soyqırımı gününə soyuqluqla yanaşmasına, çox təsüflənirəm. Türk dövlətləri bir mövqedən çıxış etməlidirlər. Ümüd edirəm ki, bu kimi problemlər, türk dövlətlərinin Parlament Assambleyasının yaranmasından sonra həllini tapacaq", - deyə Həsənquliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti