...

Azərbaycanda korrupsiya hallarına ən çox təhsil, səhiyyə və bələdiyyə işçiləri yol verir

Siyasət Materials 1 Aprel 2008 12:09 (UTC +04:00)
Azərbaycanda korrupsiya hallarına ən çox təhsil, səhiyyə və bələdiyyə işçiləri yol verir

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda korrupsiya faktları ilə bağlı ən çox təhsil, səhiyyə və bələdiyyə orqanlarının əməkdaşlarından şikayətlər verilir. Trend in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Baş Prokuror yanında Korruprsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev açıqlama verib.

Onun sözlərinə görə, korrupsiya faktları ilə əlaqədar məsuliyyətə cəlb olunanlar vəzifəli şəxslərdir. Onlardan 20 nəfəri rüşvət almağa görə həbs olunub.

Əliyev bildirib ki, məsuliyyətə cəlb olunanlar əsasən Vergilər Nazirliyinin əməkdaşları, Neft Akademiyasının müəllimləri, həmçinin bələdiyyə rəhbərləridir.

Əliyev bildirib ki, hüquq-mühafizə orqanlarında və məhkəmə sistemindəki korrupsiya faktlarını isə Baş Prokuror yanında Korruprsiyaya Qarşı Mübarizə İdarəsindən başqa, hüquq-mühafizə orqanlarının tərkibindəki istintaq idarələri də araşdırır. "Hakimlərin korrupsiya hüquq pozmalarına görə məsuliyyəti məsələsinə Məhkəmə Hüquq Şurası baxır və indiyə qədər bir neçə hakim korrupsiya hüquq pozmalarına görə intizam məsuliyyətinə cəlb olunub, onların hakimlik səlahiyyətinə xitam verilib. Həmçinin polis əməkdaşları arasında korrupsiya halları ilə bağlı bizim İdarəyə bir neçə müraciət daxil olub və onlar araşdırılır"-deyə İdarə rəisi bildirib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2005-ci ilin əvvəlində yaradılıb, indiyə qədər İdarənin istintaq şöbəsi tərəfindən 198 vəzifəli şəxs barəsində 102 cinayət işinin istintaqı aparılıb və onlar barəsində ittiham hökmü çıxarılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti