...

Gənclər hərəkatı Bakıda etiraz aksiyası keçirib

Siyasət Materials 1 Aprel 2008 15:27 (UTC +04:00)
Gənclər hərəkatı Bakıda etiraz aksiyası keçirib

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir C.Babayeva/ "Dalğa" Gənclər Hərəkatının 20-yə yaxın fəalı çərşənbə axşamı Bakıda Tibb Universitetinin binası qarşısında "Sağlam gələcək" şüarı altında etiraz aksiyası keçirib. Ağızlarında ağ sarğı olan fəallar şəhərin ekoloji vəziyyətinə və səhiyyədə mövcud korrupsiyaya etirazlarını bildiriblər.

Universitetin binası qarşısındakı həyətdə aksiya iştirakçıları asfalt üzərinə uzanıblar. Bununla onlar Azərbaycanın vərəm xəstələrin sayına görə birinci yerdə olmasına etirazlarını bildiriblər.

Aksiya "Səhiyyə komadadır" şüarı ilə keçib.

Hərəkat fəalları həmçinin universitet tələbələrinə bu problemlərə qarşı "Dalğa" ilə birgə mübarizə aparmağa çağıran vərəqələr paylayıblar.

"Dalğa" Gənclər Hərəkatının sədr əvəzi Araz Qasımovun bildirdiyinə görə, hərəkatın bu aksiyası polisin müdaxiləsi olmadan baş tutan ilk aksiyasıdır.

Əvvəllər polis Hərəkat üzvlərinin etiraz aksiyası keçirmək cəhdlərinin qarşısını dəfələrlə alıb.

Məqalə müllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan - trend

Xəbər lenti

Xəbər lenti