...

Bakı və Moskvanın münasibətləri strateji tərəfdaşlıq formatındadır – Azərbaycan Prezidenti Aparatının nümayəndəsi

Siyasət Materials 7 Aprel 2008 14:32 (UTC +04:00)

Rusiya, Moskva, 07 aprel/ Trend , müxbir R.Ağayev/ Müasir Azərbaycan-Rusiya münasibətləri bu gün strateji tərəfdaşlıq formatındadır və bu məsələdə iki ölkə liderlərinin qarşılıqlı münasibətləri çox vacib rol oynayır. Azərbaycan Prezidentinin İcra Aparatının (PİA) siyasi analiz və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov belə hesab edir.

Aslanov təəssüf edir ki, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərdə "həll edilməmiş və ya axıradək həll edilməmiş" məsələlər var. Aslanov bildirib ki, Bakı bununla əlaqədar çox məyus olmasına baxmayaraq, inanır ki, müasir dünya siyasəti - tərəfdaşlıqda rentabellilik siyasəti əsl dost və tərəfdaşlara, Azərbaycan və Rusiyaya sabit inkişaf etmək və bizim arzuladığımız mehriban qonşuluq münasibətlərini qurmağa imkan verəcək qarşılıqlı sərfəli və məqbul münasibətlərin yaradılmasını vəd edir.

Prezident Aparatının nümayəndəsi Rusiya cəmiyyətində Ermənistan-Azərbaycan münaqişəsi haqqında Bakının maraqlarına cavab verməyən mövqedən çıxış edənlərinin rəyinin fəallaşması ilə bağlı fikirlərlə razı olmadığını bildirib. "Rusiya cəmiyyətində bu problemin həqiqətlərini görən və bilən insanlar həmişə olub və var. Lakin eyni zamanda, digər mövqedən çıxış edənlər də var. Lakin mən ürəkdən şadam ki, bu gün rəsmi Rusiyanın mövqeyi Azərbaycanın ərazi bütövlüyünün tanınmasından ibarətdir. Bu mövqe bizim ölkələrimiz arasında yaranmış qarşılıqlı münasibətlər kompleksini tam olaraq əks etdirir", - Aslanov qeyd edib.

Aslanov, Rusiyanın Abxaziya və Cənub Osetiya ilə bağlı danışıqlarla yanaşı Dağlıq Qarabağdakı işğalçı rejimi tanıması imkanları haqqında Rusiya siyasi bomondunun nümayəndələrinin ayrı-ayrı çıxışlarının qanunauyğunluğuna inanmır. "Bunlar bu və ya digər liderin məşhurlaşmasına istiqamətlənmiş ayrı-ayrı təşəbbüslərdən başqa bir şey deyil", - PİA-nın şöbə müdiri bildirib.

Ötən həftə Moskva Karneqi Mərkəzində təşkil edilən "Azərbaycan 2008: inkişafa doğru irəliləyiş" konfransının rolu və əhəmiyyətini qiymətləndirən Aslanov bildirib ki, bu, Azərbaycanın inkişafı, Azərbaycanın hazırda yaşadığı perspektivlər, onun geosiyasi həqiqətləri haqqında intellektual diskussiyaların başlanğıcıdır. "Buna görə, bu gün bizim vəzifəmiz dünya ictmaiyyətinə, xüsusilə də Rusiya ictimaiyyəti, Rusiya ziyalıları və elmi dairələrinə müasir Azərbaycanın yaşadığı bütün həqiqətləri və perspektivləri çatdırmaqdır", - Aslanov əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti