...

İnsanları öldürmək və həbs etmək Avropa Şurasının normalarıdır? - Səməd Seyidov

Siyasət Materials 14 Aprel 2008 23:01 (UTC +04:00)
İnsanları öldürmək və həbs etmək Avropa Şurasının normalarıdır? - Səməd Seyidov

Fransa. Strasburq. 14 aprel. / Trend müxbir A.Məhərrəmli/ Bu gün Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Rusiya, Serbiya və Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ümumi müzakirələr keçirilib.

Müzakirələrdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək, Ermənsitandakı hadisələrlə bağlı məruzəni tənqid etdi. "Məruzədə bildirilir ki, seçkilər Avropa Şurasının norma və standartlarına uyğun kecib. Insanları öldürmək, həbslər həyata keçirmk, eləcə də Ermənistan parlamentinin 4 üzvünün həbsi Avropa Şurasının normalarıdır mı? Bəlkə bunlar yeni norma və standartlardır?"

Azərbaycanlı millət vəkili bildirib ki, Ermənistanda totalitar rejim hökm sürür: "Bu cür hadisələr Tbilisi də baş verib, amma bunlar avtoritar rejim olan Sovet Ittifaqı dünəmində baş verib. Bəlkə Ermənistan da bu yolu tutub? Biz Erənistanda nələr baş verdiyini başa düşmək istəyirik ".

" Məruzədə göstrilir ki, 9 insan həlak olub, hadisələrin səhərisi 20 adam xəstəxanalarda dünyasını dəyişib. Niyə heç kəs Ermənsitandakı hadisələrə qarşi etiraz etmir? ".

Buna görə də, " biz 4-cü AŞPA da Ermənistanla bağlı təcili müzakirələrin aparılmasını qərara aldıq ", Səmədov dedi.

Xəbər lenti

Xəbər lenti