...

AŞPA-nın yeni rəhbəri Azərbaycana səfər etməyi planlaşdırır

Siyasət Materials 16 Aprel 2008 18:05 (UTC +04:00)
AŞPA-nın yeni rəhbəri Azərbaycana səfər etməyi planlaşdırır

Fransa, Strasburq, 16 aprel/ Trend müxbir E.Hüseynov/ Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti Luis Mariya de Puiq iyunun 16-dan iyunun 21-dək Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə Trend -a çərşənbə günü AŞPA Dəftərxanasından məlumat veriblər. Səfərin təfərrüatı hələ açıqlanmayıb, lakin AŞPA prezidentinin Azərbaycan Demokratik Respublikasının parlamentinin 90 illik yubiley tədbirlərində iştirak edəcəyi bildirilir.

Luis Mariya de Puiq (Luis Maria de Puig) İspaniyanın sosialist partiyasının nümayəndəsidir. 2008-ci il yanvarın 21-də o bu vəzifədə Hollandiyadan olan Rene van der Lindeni əvəz edib.

De Puiq 1993-1996-cı illərdə AŞPA-nın vitse-prezidenti olub. O 1979-cu ildən 2004-cü ilədək 25 il müddətinə İspaniya parlamentinin üzvü olub.

Xəbər lenti

Xəbər lenti