...

Ukraynanın baş naziri Yuliya Timoşenko yaxın vaxtlarda Azərbaycana səfər edəcək

Siyasət Materials 17 Aprel 2008 00:11 (UTC +04:00)
Ukraynanın baş naziri Yuliya Timoşenko yaxın vaxtlarda Azərbaycana səfər edəcək

Fransa, Strasburq, 16 aprel/ Trend müxbir A.Məhərrəmli/ Ukraynanın baş naziri Yuliya Timoşenko yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Bu barədə baş nazir Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyası sesiyasında iki günlük iştrakına dair keçirilən mətbuat konfransına deyib.

Azerbaycanlı jurnalistlərin Bakıya yaxın vaxtlarda seferi ilə bağli sualına cavab verərkən, Timoşenko bu səfərin bu yaxınlarda baş tutacağını soylədi, lakin dəqiq tarix ve qrafikin hələ hazır olmadiğını bildirdi. "Bir şeyi deyə bilərəm ki, sizin olkeye gəlməyi çox istəyirəm ve bizim qarşılıqlı əlaqələrimizə çox boyük ümüdlər bəsləyirəm. Elaqələr dedikde bu həmçinin bizim enerji sahəsindəki əməkdaşlıgımızı da nəzərdə tutur. Biz hər şey edəcəyik ki, bizim olkələr arasındakı əlaqələr ve əməkdaşlığımız lazımı nəticələr versin".

Bundan başqa seferde baş naziri muşaiyyət edən Ukraynanın Avropaya inteqrasiyası məsələləri və beynəlxalq münasibətlər üzrə baş nazirin müavini Nemiriy Qriqoriy Mixailovich yaxın zamanlarda Azervbaycanla Ukrayna arasinda iqtisadi əməkdaşlığa dair hokümətlərarası komissiyanın iclasının keçirilməsi nəzərdə tutulacağını soylədi. Ukrayna tərəfini bu iclasda cənab Nemiriy Mixailovich ozünün başçılıq edəcəyini söylədi lakin komitənin dəqiq nə vaxt keçiriləcəyinə dair bunun hələ diplomatik kanallar vasitəsilə hazırlıq mərhələsində olduğunu bildirdi. "Biz ele bir vaxt seçmek istəyirik ki, bu həm Ukrayna baş nazirinin iş qrafikinə uyğun olsun həmçinin azərbaycan tərəfini də razı salsın", deyə o bildirdi.

Xəbər lenti

Xəbər lenti