...

İsrail qoşunlarının ərəb ərazilərindən çıxarılması sülhün bərqərar olması üçün şansdır – Fələstin rəhbəri (video)

Siyasət Materials 17 Aprel 2008 15:11 (UTC +04:00)
İsrail qoşunlarının ərəb ərazilərindən çıxarılması sülhün bərqərar olması üçün şansdır – Fələstin rəhbəri (video)

Azərbaycan, Bakı, 17 aprel / " müxbir R.Hafizoğlu, E.Hüseynov/ İşğal olunmuş ərəb torpaqlarından İsrail qoşunlarının çıxarılması Yaxn Şərq regionunda sülhün və stabilliyin bərqərar olması üçün şans ola bilər. Bu barədə Fələstin Milli Administrsiyasının lideri Mahmud Abbas bildirib.

"Ordunun çıxarılması nəinki Yaxın Şərqdə, həmçinin bütün dünyada sülhün və stabilliyin bərpa olunması üçün tarixi şansdır", - deyə Abbas cümə axşamı Moskvanın Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professor-müəllim heyəti qarşısında çıxışı zamanı bildirib.

Abbasın sözlərinə görə, hazırda sülhün bərpa olunması üçün presedentsiz şans ortaya çıxıb və bu şans itirilməməlidir. "Ərəb sammitlərində ərəblərin sülh təşəbbüsləri şəklində səsləndirdikləri tam və düzgün nizamlanma barədə razılaşmanın əldə olunmasına dair öhdəliklər - bütün ərəb xalqlarının iradəsidir. Bura 57 ərəb və islam ölkəsinin İsrail ilə sülh müqaviləsi imzalaması və 1967-ci ilin iyununda Fələstin, Suriya və Livanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılması şərti ilə münasibətlərin normallaşdırılması daxildir", - deyə Abbas bildirib və ələvə edib ki, qoşunların çıxarılması paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasına və qaçqınların problemlərinin razılaşdırılmış və ədalətli şəkildə həll edilməsinə imkan yaradacaq.

"Bizim xalqımız regionda ədalətli sülhün bərpa olunmasına səy göstərir ki, bu da hamının, o cümlədən israillilərin təhlükəsizliyinin, rifahının və stabilliyinin təmin edilməsinə imkan verəcək. Fələstin xalqına isə bu azadlıq, müstəqillik və çiçəklənmə gətirəcək", - deyə Abbas bildirib.

Fələstin Milli Administrasiyasının rəhbəri bu gün MDBMİ-nin fəxri doktoru adına layiq görülüb.

Abbas Fələstin ərazilərində və Yaxın Şərqdə vəziyyəti Rusiya Federasiyası prezidenti Vladimir Putin ilə müzakirə etmək üçün Moskvaya səfər edib. Onların görüşü aprelin 18-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti