...

Azərbaycan ikili standartlarla barışmaq niyyətində deyil – prezident

Siyasət Materials 18 Aprel 2008 13:02 (UTC +04:00)
Azərbaycan ikili standartlarla barışmaq niyyətində deyil – prezident

Azərbaycan, Füzuli, 18 aprel / Trend , müxbir A.İsmayılova/ Azərbaycan ölkədə demokratiyanın olmamasına dair ittihamları təkzib edir. Bu bəyanatla cümə günü Füzuli ictimaiyyəti qarşısında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

"Necə olur ki, özlərini demokratiyanın rəmzi və müdafiəçisi hesab edən ölkələr Ermənistanda dinc insanlara qarşı edilən amansızlığa və onlarla insanın ölümünə göz yumur. Lakin Azərbaycanda əhəmiyyətsiz fitnəkar mahiyyətli bir hadisə baş verən kimi, həmin ölkələr və onların səfirləri dərhal yersiz bəyanatlar edir, Azərbaycanın daxili işlərinə qarışır, onların mətbuatı isə Azərbaycanda demokratiyanın boğulmasına dair materiallar çap edir", - deyə prezident bildirib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan ikili standartlarla barışmaq niyyətində deyil və bu ittihamları ədalətsiz hesab edir.

Prezident həmçinin qeyd edib ki, hazırda regionda nüfuz uğrunda mübarizə gedir, lakin Azərbaycan kiminsə nüfuzu altına düşmək niyyətində deyil.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan trend

Xəbər lenti

Xəbər lenti