...

Azərbaycan ABŞ Dövlət Departamentinə etiraz edib (video)

Siyasət Materials 29 Aprel 2008 14:36 (UTC +04:00)
Azərbaycan ABŞ Dövlət Departamentinə etiraz edib (video)

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir C.Babayeva/ Rəsmi Bakı mayın 2-də Los-Ancelesdə, The Wilshire Ebell teatrında "Arsaxın 20-ci ildönümü" adı altında keçiriləcək tədbirlə bağlı ABŞ Dövlət Departamentinə etiraz edib. Bu barədə jurnalistlərə çərşənbə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinə də bu tədbirin keçirilməsi ilə bağlı rəsmi Bakının narazılığı çatdırılıb.

Ermənilər iddia edirlər ki, Dağlıq Qarabağın tarixi adı "Arsax"dır.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr üzrə idarəsinin rəhbəri Conatan Henik Trend -a bildirib ki, rəsmi Vaşinqtonun Dağlıq Qarabağ üzrə mövqeyi Dövlət Departamentinin rəsmi məlumatında öz əksini tapıb.

"ABŞ Dövlət Departamenti yenidən bəyan edib ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, lakin münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş fəaliyyətini davam etdirəcək", - Henik qeyd edib.

Onun sözlərinə görə, bu tədbirin keçiriləcəyi teatr dövlətə məxsus deyil.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu teatrda "Arsaxın 20-ci ildönümü" tədbirinin keçirilməsi ilə bağlı The Wilshire Ebell şəhər teatrının baş meneceri Filip Millerə də etiraz məktubu göndərib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti