...

İsrail prezidenti ilin sonuna Fələstinlə sülh bağlanacağına inanmır

Siyasət Materials 5 May 2008 18:22 (UTC +04:00)

İsrail, Qüds, 05 may/ Trend , müxbir R.Abdullayev/ İsrail prezidenti cari ilin sonunadək Fələstinlə, Fələstin dövlətinin yaradılmasına gətirəcək siyasi sazişin bağlanacağına şübhə edir. "Bu, Fələstinin və bizim mövqelərimizin arasında hansısa ciddi uyğunsuzluqların olmasına görə baş vermir. Fərqlər kifayət qədər azdır"", - Şimon Peres bazar ertəsi mətbuat konfransında bildirib.

Birləşmiş Mitllətlər Təşikilatının Baş Katibi Pan Qi Mun mayın 2-də Londonda Yaxın Şərqə dair keçirilən konfransda 2008-ci ilin sonunadək intensiv danışıqların nəticəsində İordan çayının qərb sahilində müstəqil Fələstin dövlətinin yaradılacağını istisna etməyib.

İsrail prezidentinin rəyinə görə, danışıqlar Fələstin rəhbərliyinin "zəifliyi" və iki əsas fələstin partiyası - FƏTH və HƏMAS arasında parçalanmaya görə, ölü nöqtədə dayanıb. "Biz fələstinlilərlə sülh istəyirik. Biz Mahmud Abbas hökumətinin iqtisadiyyatla məşğul olmasını, insanların həyatını yaxşılaşdırmasını istəyirik. Ölkə iqtisadiyyatsız yaşaya bilməz", - Peres bildirib.

İsrail prezidentinin sözlərinə görə, Abbas Qəzzəni idarə etmir. Zolaq HƏMAS-ın nəzarətindədir. "Qəzzə zolağının itirilməsi Abbasın nüfuzunu sarsıdıb və İsraillə razılıq əldə olunması prosesini son dərəcə çətinləşdirib", - Peres vurğulayıb.

İsrail prezidenti Şimon Peres, fələstinlilərin indiyədək müstəqil dövlətə malik olmamalarının əsas səbəbinin fələstin terrorunun olduğunu bildirib. Onun sözlərinə görə, terror olmasaydı, Fələstin dövləti bir neçə il əvvəl yaranardı.

Peres İsrailin müstəqillik gününə həsr olunmuş "Sabaha müraciət edək" beynəlxalq konfransının təşəbbüsçüsü olduğunu bildirib. Beynəlxalq konfransda hazırda hakimiyyətdə olan 13 dövlət başçısı, 5 eks-prezident, üç Baş nazir, dörd xarici işlər naziri, səkkiz Nobel mükafatçısı laureatı və dünyanın aparıcı 30 ölkəsindən 800 nümayəndə iştirak edəcək. ABŞ, Gürcüstan, Ukrayna, Xorvatiya, Albaniya, Polşa, Monqolustan, Slovakiya və Macarıstan prezidentlərinin iştirakı gözlənilir.

"HƏMAS", İsrailin işğal etdiyi Fələstin ərazilərinin azad olunması məqsədilə,1987-ci ildə Qəzzədə Şeyx Əhməd Yasin tərəfindən yaradılıb. Təşkilat 2006 - cı ildə keçirilmiş parlament seçkilərində səs çoxluğu ilə qalib gəlib. Hal-hazırda Qəzzə şəhəri təşkilatın nəzarəti altındadır.

İordan çayının qərb sahili isə, 1956 -cı ildə Yasir Ərəfatın yaratdığı hakim "FƏTH" təşkilatının nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti